Türkiyə daxilində aparılan antiterror əməliyyatları nəticəsində bu il 1746 terrorçu zərərsizləşdirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Nazir verib ki, zərərsizləşdirilənlərdən 107-si təhlükəli terrorçu kimi axtarışda olub. İl ərzində ölkə üzrə 147 min 562 təhlükəsizlik əməliyyatı keçirilib. Terrorçuluqda şübhəli bilinən 75 min 239 nəfər həbs olunub.
Aparılan qətiyyətli mübarizə nəticəsində PKK terror təşkilatı yaşayış yerlərindən təmizlənərək mağaralara sıxışdırılıb.