Qaynarinfo "Anadolu"ya istinadla xəbər verir ki, bu gün xarici işlər naziri Mövlud Çavuşoğlu təyin olunan yeni səfirlərin və daimi nümayəndəlik rəhbərlərinin adlarını açıqlayıb.
Belə ki, Murad Mərcan Türkiyənin ABŞ-dakı, Mehmet Güllüoğlu Tanzaniyadakı, Hami Aksoy Serbiyadakı, Cihad Erginay Əfqanıstandakı, Ahmet Başar Şən Almaniyadakı səfirləri, Hatun Demirer ATƏT-dəki daimi nümayəndəsi təyin olunub.
Qeyd edək ki, Ahmet Demirok Azərbaycana səfir təyin edilib. Türkiyənin Azərbaycandakı hazırkı səfiri Erkan Özoralın səlahiyyət müddəti başa çatıb.