Türkiyə yeni koronavirus ştammlarının yayılması ilə əlaqədar bir neçə ölkə ilə uçuşlarını dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 1 iyul tarixindən etibarən Banqladeş, Braziliya, Cənubi Afrika, Hindistan, Nepal və Şri Lanka ilə uçuşlar dayandırılacaq.
Qeyd olunub ki, Banqladeş, Braziliya, Cənubi Afrika, Hindistan, Nepal, Şri-Lankadan gələn və son 14 gün ərzində orada olan şəxslərin ölkəyə gəlmədən 72 saat əvvəl mənfi PCR testi nəticəsini təqdim edilməsi tələb olunur. Sonra həmin şəxslər 14 gün karantində qalacaq.