Xəbər lenti

Türkiyə Ciddədə Ukrayna ilə bağlı danışıqlara rusların da cəlb olunmasını istəyib
Dünya12:30 11.08.2023

Türkiyə Ciddədə Ukrayna ilə bağlı danışıqlara rusların da cəlb olunmasını istəyib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqlarda Türkiyənin nümayəndəsi Akif Çağatay Kılıç "Rusiya Federasiyası həll axtarışlarına daxil edilməsə, nə nəticə, nə də həll yolu olacaq" deyib.
Qaynarinfo "Hürriyet”ə istinadla xəbər verir ki, Türkiyə "taxıl müqaviləsi”nin işinin bərpası məsələsində Rusiya Federasiyasına doğru addımlar atacağını göstərmək lazım olduğunu açıq şəkildə bildirib.
Lakin Almaniya nümayəndələrinin fikrincə, indi bu məsələ ilə bağlı danışıqlar prosesinə Rusiya Federasiyasının daxil edilməsi düzgün deyil. Almaniyada hesab edirlər ki, "Rusiya Federasiyası lazımi vaxtda girməlidir”, yəni açıq şəkildə bildirirlər: "Baza yaranması üçün, o zaman hücumları dayandırın”.
Bundan əlavə, nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanının Ukrayna ilə bağlı təşəbbüsünün üçüncü toplantısı oktyabrda gözlənilir və onun Türkiyədə keçiriləcəyi istisna edilmir.
Xatırladaq ki, Ukraynada müharibəyə son qoymağın yollarını tapmaq üçün iki görüş Rusiya Federasiyasının nümayəndələri olmadan keçirilib.
Nəşr eyni zamanda qeyd edib ki, Türkiyə demək olar ki, danışıqlar prosesinin bütün tərəfləri ilə açıq və aydın danışan yeganə ölkədir. Türkiyə hakimiyyəti əmindir ki, regionun və dünyanın gələcəyini və bütün dünya üçün iqtisadiyyatdakı problemləri nəzərə alaraq, Ukraynadakı müharibəyə son qoyulmalıdır. Məhz bu arqumentlərdən istifadə edən Türkiyə münaqişə tərəflərini ümumi danışıqlar masasına oturtmağa çalışır.
Qeyd edək ki, avqustun 5-6-da Ciddə şəhərində (Səudiyyə Ərəbistanı) 42 ölkənin milli təhlükəsizlik və xarici siyasət üzrə müşavirlərinin görüşü - Ukrayna üçün dayanıqlı və ədalətli sülhün bərpası prinsipləri üzrə sülh sammiti keçirilib. Tədbirin nəticəsi olaraq ümumi sənəd imzalanmasa da, bütün iştirakçılar dövlətlərin ərazi bütövlüyü prinsipinə sadiq olduqlarını ifadə edib və növbəti görüş barədə razılığa gəliblər.
Alpər