
Türkiyənin Ərbildəki baş konsulluğu Ərbil və Süleymaniyəyə təyyarə səfərlərinin bu gün dayandırıldığını elan edib.
"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, "THY", "Atlas Global" və "Pegasus" Türkiyə vaxtı ilə saat 18:00-dan etibarən uçuşları dayandırıb.
Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqlliklə bağlı referendum keçirilib. Referendumun bu gün açıqlanan yekun nəticələrinə görə səsvermədə iştirak edənlərin 92,73% müstəqilliyə "hə" deyib.
Qaynarinfo.Az