Xəbər lenti

Türkiyə-Ermənistan sərhədi iyulun ikinci yarısında açılacaq? - Paşinyanın Ankara görüşləri
Dünya10:54 13.06.2023

Türkiyə-Ermənistan sərhədi iyulun ikinci yarısında açılacaq? - Paşinyanın Ankara görüşləri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın baş naziri Nikol Paşinyan Ankaraya son səfəri zamanı Türkiyə tərəfinin Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçla görüşüb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Past” qəzeti Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən yazır. 
"Əsas müzakirə mövzusu Ermənistan-Türkiyə sərhədinin açılması, xüsusən də iyulun ikinci yarısında "Marqara” nəzarət-keçid məntəqəsinin açılmasının mümkünlüyü olub. Əldə etdiyimiz məlumata görə, Türkiyə prezidenti Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gedən Paşinyan bir sıra "ictimai olmayan” görüşlər də keçirib”, – qəzet qeyd edir.
Nizami Bağırov