Xəbər lenti

Türkiyə-Ermənistan sərhədi minalardan təmizlənir
Dünya12:43 13.07.2022

Türkiyə-Ermənistan sərhədi minalardan təmizlənir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan-Türkiyə sərhədində minalardan təmizləmə işləri başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "GazeteKars” məlumat yayıb.
Sərhəddə minalardan təmizləmə işlərini İsrail şirkəti aparır. Qeyd edilib ki, Qars əyalətinin Hakyaka rayonunun İbiş kəndində 20 gündür minalardan təmizləmə işləri görülür. Bunun səbəbi Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlıdır.
Məlumata görə, gündəlikdə duran əsas məsələ "Doğukapı” sərhəd-keçid məntəqəsinin, "Alican” avtomobil və dəmir yolunun açılmasıdır.
Xatırladaq ki, iki ölkə arasında əldə olunan razılaşmalara əsasən, avtomobil və dəmir yolu üçün "Doğukapı”, həmçinin yalnız avtomobil yolu üçün "Əlican” sərhəd-keçid məntəqələri açılacaq.
Telman