
Türkiyənin şərqindəki dəmir yolu xəttinin təmiri Qarsa qədər gəlib çatıb, ilin sonuna kimi Ermənistan sərhədinə qədər olan işlər tamamlanacaq.
Qaynar.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Dəmir Yollarının Ərzurum Ərzurun regional şöbəsinin sədri Yunus Eşliyurd məlumat verib.
Onun sözlərinə görə, təmir işləri mayda başlanılıb və getdikcə sürətlənir. İlin sonuna kimi Qarsdan Ermənistan sərhədinə kimi təmir işləri bitəcək.
Qeyd edək ki, bir neçə ay əvvəl hakim Ədalət və İnkişaf Partiyasından olan deputat Əhməd Arslan Ermənistan sərhədinə qədər olan dəmir yolu xəttinin təmir olunmasının vacibliyini bildirmişdi: "Amma reallıq budur ki, nə vaxta kimi qardaş Azərbaycanın əraziləri işğal altındadır, məsələ həllini tapmayacaq".
Qaynar.info