Xəbər lenti

Türkiyə Ermənistan sərhədindəki minaları təmizləyir
Dünya11:14 29.11.2013

Türkiyə Ermənistan sərhədindəki minaları təmizləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Ermənistanla sərhəddəki minaları zərərsizləşdirmək üçün hazırlıqlara başlayıb.

Qaynar.info
-nun xəbərinə görə, bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.

Qəzet Türkiyə Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər verir ki, nazirlik daxili təhlükəsizliyi gücləndirmək məqsədilə İran və Ermənistan sərhədinə basdırılmış minaları təmizləmək niyyətindədir.  Ankara bu məqsədlə 11.6 milyon kvadrat metrlik minalanmış ərazinin 4 milyon kvadrat metrini təmizləmək istəyir.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu noyabrın 7-də Dağlıq Qarabağın Azərbaycana qaytarılması şərtilə Türkiyənin Ermənistanla sərhədi açmağa və dəmir yolu nəqliyyatını bərpa etməyə hazır olduğunu bildirmişdi. Davudoğlu həmçinin, hazırda İğdır yaxınlığındakı Türkiy-Ermənistan sərhədində inşaat işlərinin aparıldığını bildirmişdi.

Qaynar.info