
İstanbul polisinin narkotiklərin qanunsuz tədavülü ilə mübarizə idarəsi Türkiyə vətəndaşını dindirmək üçün Ermənistana polis əməkdaşı göndərib.
Musavat.com-un erməni mətbuatına istinadən verdiyi məlumata görə, göndəriş İran-Ermənistan sərhədində olduqca böyük həcmdə - 927 kq narkotik maddə olan heroin tutulması ilə əlaqədardır.
Məlumata görə, İstanbul polisi məsələ ilə bağlı erməni tərəfi ilə əlaqə yaradaraq saxlanılan 41 yaşlı Türkiyə vətəndaşı O.U. dindirmək istədiyini bildirib. Müsbət cavab alındıqdan sonra Ermənistana mütəxəssis göndərilib.
Qeyd edək ki, böyük miqdarda narkotik az öncə Mehri gömrük məntəqəsində, tranzitlə Gürcüstana gedən yük maşınında aşkarlanmışdı.
Qaynar.info