
Türkiyənin Osmaniyyə vilayəti yaxınlığında Türkiyə Hava Qüvvələrinə məxsus F-16 təyyarəsi düşüb.
Baş Qərargahdan verilən açıqlamada F-16 təyyarəsiylə əlaqənin kəsildiyi bildirilib. Təyyarəylə əlaqənin saat 14:15-də pilotun "atlayıram" mesajından sonra kəsilib.
Açıqlamada axtarış-xilasetmə tədbirlərinin davam etdiyi bildirilib.
Qaynar.info