Türkiyənin xarici işlər naziri Hakan Fidan sülh razılaşmasının əldə olunacağı təqdirdə Ankaranın Fələstinə qarant ölkə kimi çıxış etməyə hazır olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Star” qəzeti
yazır.
Fidan daha əvvəl bildirib ki, Ankara İsrail-Fələstin arasında gərginliyi artıran tərəflər üçün qarantlar sistemi yaratmaq ideyasını irəli sürüb.
Türkiyə XİN rəhbəri xüsusilə Fələstin tərəfi üçün qarant kimi çıxış edəcək ölkələrin Yaxın Şərq regionundan olmasının vacibliyini vurğulayıb.
"Bu, Türkiyəyə də aiddir. Digər ölkələr İsrail üçün zamin olmalıdır. Hər iki tərəfə məqbul olan razılaşma əldə edildikdən sonra qarant ölkələr onun tələblərinin yerinə yetirilməsi üçün məsuliyyət daşımalıdırlar. Yalnız bu yolla davamlı sülh əldə oluna bilər", - türkiyəli nazir vurğulayıb.
Nizami Bağırov