Xəbər lenti

Türkiyə gələn il Aİ-yə üzv ola bilər?
Dünya05:58 19.07.2023

Türkiyə gələn il Aİ-yə üzv ola bilər?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq, birlik hələlik Ankaraya hətta vizasız rejim də verməyə hazır deyil. 
Qaynarinfo xəbər verir ki, bunu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano "İzvestiya” qəzetinə bildirib.
Aİ-yə üzvlük prosesində Türkiyənin perspektivlərinə toxunan Stano deyib ki, bu, saatlar deyil, illər tələb edir. O, həmçinin vurğulayıb ki, viza rejiminin liberallaşdırılması barədə qərar Aİ üzvləri tərəfindən bu statusu almaq niyyətində olan ölkədə insan hüquqları və siyasi azadlıqlar da daxil olmaqla bütün zəruri meyarları yerinə yetirdikdən sonra verilir.
Fransa parlamentinin deputatı Tyerri Mariani nəşrə bildirib ki, o, Ankara ilə danışıqları bərpa etməyin mənasını görmür.
Eyni zamanda qəzet Türkiyənin üzvlük mövzusunun da müzakirə olunacağını qeyd edir. Türkiyənin "Hürriyet” qəzetinin məlumatına görə, bu məsələnin inkişaf istiqaməti ilə bağlı ilk siqnallar iyulun 20-də Aİ xarici işlər nazirlərinin görüşündə veriləcək.
Türkiyə 1987-ci ildə Aİ-yə üzvlük üçün müraciət edib və 1999-cu ildə namizəd statusu alıb. 2005-ci ilə qədər tərəflər rəsmi olaraq Ankaranın statusu ilə bağlı danışıqlara başlayıb, lakin fikir ayrılıqları səbəbindən proses bir neçə dəfə dayandırılıb. 2016-cı ildən danışıqlar prosesi, xüsusən də Türkiyənin qaçqın axınını öz ərazisində saxlamaqla Avropanı miqrasiya böhranından çıxarmaqda göstərdiyi yardıma görə bərpa olunsa da, son 7 il ərzində Ankara danışıqlar prosesini başa çatdıra bilməyib. 
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi ki, Ankara respublikanın Avropaya inteqrasiyası prosesini canlandırmaq niyyətindədir.
Aydın