Xəbər lenti

Türkiyə gəmisini yoxlamağa çalışdı, amma o xəbərdarlıq hər şeyi bitirdi...
Dünya05:48 11.06.2020

Türkiyə gəmisini yoxlamağa çalışdı, amma o xəbərdarlıq hər şeyi bitirdi...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Türkiyədən Liviyaya gedən bir karqo gəmisi Avropa İttifaqının Liviyaya silah embarqosunu yoxlamaq üçün başlatdığı "İrini" əməliyyatı çərçivəsində yunan freqatı tərəfindən Qrit adası yaxınlığında saxlanılıb.
Qaynarinfo xəbər verir ki, əməliyyatı idarə edən italiyan bir komandir Yunanıstana aid gəmidən helikopter çıxararaq, gəminin yoxlanılmasını istəyib. Tanzaniya bayraqlı "Çirkin" adlı karqo gəmisinə yunan helikopterinin yaxınlaşması ilə araya Türk Dəniz Qüvvələrinin döyüş gəmiləri girib.
Türk freqatından müdaxilə edən qüvvələrə, "Bu gəmi Türkiyə Dövlətinin mühafizəsi altındadır" xəbərdarlığı səsləndirilib. Bundan sonra italiyan komandir helikopteri geri çəkib. Xəbərdarlığın ardından karqo gəmisi Türk Dəniz Qüvvələrinə aid 3 döyüş gəmisinin müşayiəti ilə yola salınıb və Liviyaya təhlükəsiz şəkildə gedib.
Qeyd edək ki, Türkiyənin Aralıq dənizində neft axtarışları Yunanıstanla gərginliyə səbəb olub.
Camal