Türkiyənin bütün hava limanlarında terror təhlükəsi səviyyəsi narıncıya yüksəlib. Dünən, oktyabrın 23-də TUSAŞ aerokosmik şirkətinin qərargahında baş verən terror aktından sonra təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə Qaynarinfo "Hürriyet"ə istinadən xəbər
verir.
İstanbul Sabiha Gökçen hava limanının giriş və çıxışları da daxil olmaqla təhlükəsizlik tədbirləri gücləndirilib. Hava limanının ərazisinə daxil olan avtomobillər baxışdan, sərnişinlər isə əlavə yoxlamadan keçirilir.
Xatırladaq ki, oktyabrın 23-də TUSAŞ-ın Ankaradakı qərargahının girişində iki partlayış baş verib, bundan sonra atışma başlayıb. 5 nəfər ölüb, 22 nəfər yaralanıb. Terror aktını törədən iki nəfər öldürülüb. Türkiyə Daxili İşlər Nazirliyi hücumun arxasında ölkədə fəaliyyəti qadağan edilmiş Kürd Fəhlə Partiyasının olduğunu bildirib. Oktyabrın 24-nə keçən gecə Türkiyə Hərbi Hava Qüvvələri təşkilatın Suriya və İraqdakı 47 hədəfinə zərbələr endirib.
Nizami Bağırov
Şərhlər