Xəbər lenti

Türkiyə həftəsonu yenidən komendant saatı tətbiq edəcək
Dünya18:15 27.04.2020

Türkiyə həftəsonu yenidən komendant saatı tətbiq edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Türkiyədə vətəndaşların küçəyə çıxmasına qadağanı Ramazan bayramınadək tətbiq etməyi planlaşdırırıq".
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu dəfə komendant saatı üç gün müddətinə tətbiq olunacaq: "Qadağa mayın 1-i gecə saatlarından başlayacaq və mayın 3-ü bazar günü gecəyə kimi davam edəcək. Bu nüddətdə marketlər saat 09:00-dan 14:00-a kimi fəaliyyət göstərəcək".