Xəbər lenti

Türkiyə hərbi gəmilərin istehsalına başladı
Dünya04:13 29.07.2013

Türkiyə hərbi gəmilərin istehsalına başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bundan sonra ölkənin Hərbi-Dəniz Qüvvələri xarici şirkətlərə sifariş verməyəcək

Türkiyə hərbi sənaye sahələrini inkişaf etdirməkdə davam edir. Artıq Türkiyə gəmi, tank və təyyarə və s. ilə bərabər, yeni hərbi təyinatlı döyüş gəmilərinin istehsalına start verib.

Türkiyə mətbuatı xəbər verir ki, bundan sonra Türkiyə hərbi firmaları Türkiyə Hərbi-Dəniz Qüvvələri Komandanlığının ehtiyac duyduğu döyüş gəmilərini özləri istehsal edəcək.

Qeyd edək ki, xüsusi olaraq istehsal ediləcək döyüş gəmilərinin radarlarını “Aselsan” və “Havelsan”, silahlarını isə “Raketsan” firması təmin edəcək.

ANS PRESS