Türkiyə Aralıq dənizi üzərində Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus altı F-16 qırıcısını geri çəkilməyə məcbur edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Avqustun 27-də Yunanıstana məxsus altı F-16 təyyarəsi Kritdən Kipr Respublikasına doğru yola çıxaraq, Türkiyənin beynəlxalq NAVTEX bildiriş verdiyi bölgəyə yaxınlaşıb. F-16 qırıcımız onların bu bölgəyə yaxınlaşmalarının qarşısını aldı və bölgəni tərk etməyə məcbur etdi" - deyə məlumatda bildirilir.
Müdafiə Nazirliyi əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri Şərqi Aralıq dənizində ölkənin hüquq və mənafelərini qorumağa davam edəcək.