Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetində bir sıra dəyişikliklər, o cümlədən Daxili İşlər və Ədliyyə nazirliklərinin rəhbərlərini dəyişdirə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin müxalif "Sözçü” qəzeti məlumat yayıb.
Söhbət ilk növbədə zorakılıq və cinsi təcavüz hallarına görə tənqid edilən ədliyyə naziri Yılmaz Tunç və daxili işlər naziri Əli Yerlikaydan gedir.
Onlardan əlavə, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, gənclər və idman naziri Osman Aşkın Bak və əmək və sosial müdafiə naziri Vedat İşıhanın da dəyişdirilməsi nəzərdən keçirilir.
Bundan əvvəl Ərdoğanın özü nazirlərin adlarını və fəaliyyət sahələrini dəqiqləşdirmədən Nazirlər Kabinetində dəyişikliklərin mümkünlüyünü açıqlamışdı.
Aydın
Şərhlər