Xəbər lenti

Türkiyə hollandlara bunu da qadağan etdi
Dünya16:10 17.03.2017

Türkiyə hollandlara bunu da qadağan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qalmaqal daha da böyüyür

"Mənim nazirlərimi ölkəsinə buraxmayanlara qarşı bundan sonra bizim də uçuş qadağamız var".

İstiPress-in “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Eskişəhərdə, açılış mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan,  Hollandiyanın qalmaqallı hərəkətinə cavab olaraq: “Bizim anti-demokratik, etiqad azadlıqlarına qarşı, mənim dövlətimin nazirinə, həm də bir xanım nazirinə qapılarını bağlayan və öz torpağım sayılan konsulluğa buraxmayan birilərinə qarşı, bizim də qapılarımız bağlıdır.  Mənim Xarici İşlər nazirimə uçuş qadağası gətirənlərə bundan sonra bizim də uçuş qadağamız var” deyib.  

Qaynar.Az