
Türkiyə Almaniyadan olan millət vəkillərinə İncirlik hərbi bazasını ziyarət etməyə icazə verib. Qaynarinfo. Az xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb.
Məlumatda deyilir ki, Bundestaqın nümayəndə heyətinin hərbi bazanı ziyarət edərək alman hərbi kontingenti ilə görüşməsinə icazə verilib. Parlamentarların səfəri oktyabrın 4-də həyata keçiriləcək. Bundestaq üzvləri oktyabrın 6-a qədər hərbi bazada ziyarətdə olacaqlar.
Qaynarinfo.Az