
Türkiyə ilə əməkdaşlıq sahəsində mövcud olan qadağalar yaxın zamanda aradan qaldırılacaq.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Olqa Qolodets deyib.
“Yaxın zamanda qanunlara dəyişiklik ediləcək. Birlikdə çalışmağa davam edəcəyik”, - Qolodets bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya lideri Vladimir Putin Türkiyəyə qarşı tətbiq edilən iqtisadi sanksiyaları ləğv edib.
Qaynarinfo.az