İraq Kürdistanından Türkiyəyə qaz tədarükünə çalışan kürd iş adamının obyektləri yenidən raket hədəfinə alınıb.
Bu barədə Qaynarinfo Reuters agentliyinin məlumatına istindən xəbər
verir.
Altı raket kürd investor Baz Kərim Bərzəncinin İraqın Kürdüstan bölməsinin Ərbil şəhərində yerləşən neft emalı zavodunun yaxınlığına düşüb.
Adı çəkilən investor İraq Kürdüstanının qazını Türkiyəyə daşımaq üçün boru kəmərinin çəkilişində aktiv iştirakçıdır. Mart ayında İranın İslam İnqilabı Keşikçiləri 12 raket ilə onun şəxsi villasını hədəfə alaraq, iddia etmişdilər ki, bu obyekt "İsrail kəşfiyyatına məxsusdur”. Həm rəsmi Bağdad, həm Kürdistan regionunun rəsmiləri İranın bu iddiasını rədd etmişdi.
2026-da İranın Türkiyəyə 25 illik müqavilə əsasında qaz satışının müddəti bitir və İraq rəsmiləri açıq bildiriblər ki, İran Kürdüstan regionunun qazının Türkiyə bazarında İran qazını əvəz etməsini istəmirlər.
Reuters yerli rəsmi mənbələrə istinadən bildirib ki, Baz Kərim Bərzəncinin neft emalı zavodunu hədəfə alan raketlər İraqın Neynəva şəhərindən atılıb, ancaq indiyə kimi heç bir hərbi qruplaşma bu hadisənin məsuliyyətini üzərinə götürməyib.
İrana bağlı şiə hərbi qruplaşmalar Neynəva və İraqın bəzi əyalıtlərində aktivdirlər.
Aprelin 6-da da üç raket bu zavodu hədəfə alıb, ancaq raketlər zavodun yaxınlığına düşsə də, xəsarət törətməyiblər.
M.Arif