Türkiyə ilə Yunanıstan arasında son zamanlar qarşılıqlı bəyanatlar gərginliyi artırsa da, Yunanıstanda aparılan sorğu göstərdi ki, xalqın əksəriyyəti Türkiyə ilə olan gərginlikdən, iqtisadi böhran qədər narahatdır.
Qaynarinfo bu barədə "Sözcü" saytına istinadən xəbər verir ki, Yunanıstanda keçirilən yeni sorğu ictimaiyyətin iqtisadiyyatdan narazılığını, eləcə də Türkiyə ilə münasibətlərin pisləşməsini üzə
çıxarıb.
Qeyd edək ki, Prezident Tayyib Ərdoğan, Yunanıstanın həftə ərzində adaları silahlandırması ilə bağlı bunları deyib: "Yunanıstanı bir əsr əvvəl olduğu kimi bir daha xəbərdar edirik ki, xəyallardan, ritorikadan və peşmanlıqla nəticələnəcək hərəkətlərdən uzaq dursun, özünə gəlsin".
Yunanıstan hökumətinin sözçüsü Giannis Oikonomou isə Ərdoğana belə cavab verib: "Beynəlxalq hüquq və beynəlxalq müqavilələr tarixdə eşidilməyən və ya əsassız iddialarla əvəz edilə bilməz" .
M.Arif