Türkiyə ilə Serbiya arasında gediş-gəliş şəxsiyyət vəsiqəsi ilə və viza tələb olunmadan başlayacaq.
Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadən xəbər
verir.
Serbiya hökuməti Türkiyə ilə əldə olunan razılaşmaya əsasən, iki ölkə vətəndaşlarının viza və pasporta ehtiyac olmadan şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı surətdə iki ölkəyə gedib-gələ biləcəyini açıqlayıb.
Bu addımın iki ölkə iqtisadiyyatına fayda gətirəcəyi qeyd edilən açıqlamada hər iki tərəf üçün turist sayının artacağı gözlənilir.
M.Arif