Türkiyə höküməti ilk Atom Alektrik Stansiyasının inşasına başlayıb.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, AES Mersin şəhərinin Akkuyu bölgəsində inşa olunacaq. Təməlqoyma mərasimində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və hazırda Türkiyədə səfərdə olan Rusiya prezidenti Vladimir Putin qatılıb.
20 milyard dollara başa gələcək AES 2023-cü ildə istifadəyə veriləcək. Bu istiqamətdə ilk konkret addım isə 2010-cu ildə atılıb.
Gülşən