Xəbər lenti

Türkiyə İraqın şimalında şəhid verdi
Dünya13:19 10.08.2022

Türkiyə İraqın şimalında şəhid verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Silahlı Qüvvələri İraqda şəhid verib.
Qaynarinfo "Hürriyət"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, TSQ-nin İraqın şimalında keçirdiyi "Pəncə- Kilid” əməliyyatında çavuş Mahsun Şimşek terrorçuların təxribatı nəticəsində şəhid olub.
Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.
Aydın