Türkiyənin cənubundakı Hatay əyalətində növbəti genişmiqyaslı antiterror əməliyyatına başlanılıb.
Qaynarinfo ölkənin Dаxili İşlər Nаzirliyinə istinadən xəbər verir ki, "Kapan-2” ("Tələ-2”) adı verilən əməliyyata 585 polis əməkdaşı və jandarm qatılıb.
Əməliyyatın məqsədi Amanos dağlıq silsiləsində PKK terroru təhlükəsinin tam aradan qaldırmaqdır. Artıq əməliyyatın ilk saatlarında terrorçuların 3 sığınacağı və anbarı aşkarlanıb, bir əldəqayırma partlayıcı qurğu məhv edilib.