
Bu gün səhər saatlarında Azad Suriya Ordusu (ASO) ilə İŞİD arasında qarşıdurmalar yenidən başlayıb.
Qarşıdurmalar Türkiyənin sərhəd kəndlərindən açıq şəkildə müşahidə olunub.
Qarşıdurmaların başlaması ilə koalisiya qüvvələri havadan İŞİD mövqelərini bombalayıb.
Daha sonra isə Türkiyənin tank və topları sərhəddən İŞİD-in Əlbab qərargahını, Cəkkə, Yeniyapan, Qarakörpü kəndlərindəki mövqelərini atəşə tutub.
Hazırda əməliyyatların davam etdiyi bildirilir.
Həmçinin Suriya ilə sərhədin kritik bölgələrinə tank qüvvələri də cəlb olunub. (axar.az)
Qaynar.info