Xəbər lenti

Türkiyə İŞİD-in 217 mövqeyini məhv edib
Dünya14:47 18.12.2016

Türkiyə İŞİD-in 217 mövqeyini məhv edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının 217 mövqeyini məhv edib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də Suriyada "Fərat qalxanı" hərbi əməliyyatına başlayıb. Əməliyyat çərçivəsində Türkiyənin sərhəd rayonlarını terrorçulardan təmizləmək, humanitar yardımın çatdırılmasını təmin etmək və İŞİD-lə mübarizədə beynəlxalq missiyaya dəstək göstərmək kimi məqsədlər qoyulub.

Qaynarinfo.Az