Xəbər lenti

Türkiyə İsraillə razılığa gəldi
Dünya05:43 07.05.2013

Türkiyə İsraillə razılığa gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təzminat müzakirələrinin ikinci turunda mətn layihəsi üzərində razılıq əldə edilib

Qaynar.info-nun TRT-yə istinadən verdiyi məlumata görə, İsraillə Türkiyə arasında "Mavi Mərmərə" basqınının qurbanlarına təzminat ödənməsiylə bağlı müzakirələrin ikinci turunda tərəflər layihə mətni üzərində razılığa gəliblər.

Aprelin 22-də Ankarada keçirilən görüşdən sonra Qüdsdə dünən baş tutan ikinci görüşdə Türkiyə XİN Aparatının rəhbəri Firidun Sinirlioğlu ilə müavini Ömər Orhonun rəhbərlik etdiyi heyət İsrail baş nazirinin baş müşaviri Cosef Cieçanover və Milli Təhlükəsizlik Şurasının sədri Yaakov Amidrorla görüşüb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, ikinci tur da birinci görüş kimi müsbət və konstruktiv atmosferdə keçib. Müzakirələr nəticəsində iki tərəfin də üzərində razılaşdığı mətn layihəsi hazırlanıb. Ancaq bununla yanaşı, bəzi nüansların aydınlığa qovuşdurulmasına ehtiyac olduğu bildirilib.

Tərəflərin yaxın günlərdə bu nüansları da aydınlığa qovuşdurmaq üçün yenidən görüşməsi gözlənilir.

Qaynar.info