PKK terror təşkilatının liderlərindən olan "Bahoz Erdal" kod adlı Fehman Hüseynin Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən "Tel Hamis Tuqayı" tərəfindən öldürülməsiylə bağlı yeni tafərrüatlar açıqlanıb.
"Qaynarinfo.Az" türk mediasına istinadən xəbər verir ki, Suriyanın Menbiç şəhəri uğrunda gedən döyüşlərdə yaralanan PKK lideri Türkiyə kəşfiyyatı tərəfindən məhv edilib. Belə ki, Türkiyə kəşfiyyatı "Bahoz Erdal"ın ABŞ hərbçiləri ilə birlikdə idarə etdiyi İŞİD-ə qarşı keçirilən "Menbiç əməliyyatı" barədə mlumat alan kimi hərəkətə keçib.
"Menbiç əməliyyatı"nda yaralanan terrorçunun məhv edilməsi planı zərgər dəqiqliyi ilə hesablanıb. Çünki buna qədər "Bahoz Erdal"ın öldürülməsi üçün həyata keçirilən iki əməliyyat uğursuzluqla nəticələnmişdi. İyulun 8-də "Bahoz Erdal" həkim müayinəsindən keçmək üçün Kamışlıdan Himoya gedərkən nəzarətə götürülüb. PKK lideri müayinədən geri qayıdarkən "Tel Hamis Tuqayı" tərəfindən avtomobili partladılır. Bombanın "Bahoz Erdal"ın oturacağının altına qoyulduğu iddia edilir.
Qaynarinfo.Az