Xəbər lenti

Türkiyə kəşfiyyatınn rəhbəri istefa verdi
Dünya08:56 07.02.2015

Türkiyə kəşfiyyatınn rəhbəri istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan istefa verib. Qaynar.info хəbər verir ki, kəşfiyyat rəhbəri siyasətə qoşulmaq üçün postundan ayrılıb.
Türkiyə mətbuatının məlumatına görə, Hakan Fidan iyunun 7-də keçiriləcək parlament seçkilərində AKP-dən namizəd olacaq. Hakim partiya yenidən seçkiləri qazanacağı halda isə o, Türkiyənin хarici işlər naziri təyin olunacaq.
Məlumatda bildirilir ki, MİT rəhbəri prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhmət Davudoğlu ilə məsləhətləşdikdən sonra belə bir addım atıb. Artıq onun istefası qəbul olunub. Hakan Fidan fevralın 10-dan etibarən MİT-ə rəhbərlik etməyəcək.
Qaynar.info