Xəbər lenti

Türkiyə "Koca Yusuf"u Çinə göndərdi: Azərbaycanlıları təxliyyə edəcək
Sağlamlıq06:04 30.01.2020

Türkiyə "Koca Yusuf"u Çinə göndərdi: Azərbaycanlıları təxliyyə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə koronavirusun geniş yayıldığı Çinin Uhan şəhərindəki vətəndaşlarını və azərbaycanlıları təxliyyə etməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Hürriyət" məlumat yayıb.
Bildirilir ki, Türkiyəyə məxsus "Koca Yusuf" adlı hərbi təyyarə bölgəyə göndərilib. Təyyarə Uhandakı 35 Türkiyə və 10 Azərbaycan vətəndaşını təxliyyə edəcək.
Həmin şəxslər Türkiyəyə gətiriləcək və 14 gün karantində saxlanılacaq. 
Türkiyə Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, Uhandakı 35 türkiyəli və 10 azərbaycanlının təxliyyəsi üçün hazırlıqlar tamamlanıb. Çin hökuməti də buna razılıq verib.
Aydın