
Kurtlar Vadisində suiqəsd qurbanı olan Kəmaləddin obrazının Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov olduğu iddia edilir.
Aktual.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kurtlar Vadisi Pusu serialının 213-cü bölümündə filmin qəhrəmanı Polad Ələmdar Kara adlı kəşfiyyatçını məxfi əməliyyat üçün Azərbaycana göndərir. Kara "İxtiyarlar"ın (“Ağsaqqallar şurası”) Azərbaycan nümayəndəsinin öldürülməsi hadisəsini araşdırmaq üçün gəlir və Kəmalləddin Kara tərəfindən öldürülür.
Azərbaycan mətbuatında uzun müddətdir ki, Kəmaləddin obrazının kimdən ilhamlanaraq yaradıldığına dair müxtəlif müzakirələr gedirdi. Serialda Nazir Heydərovu təmsil edən Kəmaləddinin öldürülməsi böyük mübahisəyə səbəb olub.
Qaynar.info

