Xəbər lenti

Türkiyə mətbəx ləvazimatı istehsalına görə "TOP-5"də
Dünya13:00 04.05.2022

Türkiyə mətbəx ləvazimatı istehsalına görə "TOP-5"də

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə mətbəx ləvazimatı istehsalı sənayesi baxımından dünyada beş öncül ölkədən biridir.
Qaynarinfo bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir. 
Tükiyənin Mətbəx Sənayesi İstehsalı və İxracatı (TUSID) Birliyinin prezidenti Güçlü Kaplangi bildirib ki, mətbəx ləvazimatı ixracatı son beş il ərzində 35 faiz artıb cə ötən il 6 milyard dolları ötüb. Bunun 2.4 milyard dolları inkişaf etmiş ölkələr, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və İtaliyaya ixrac olunub. 
Kaplanginın sözlərinə görə, cari ildə mətbəx ləvazimatının ixracatında 2.8 milyard dollar artım gözlənilir. 
Ötən il Türkiyənin ümumi ixracatı 2020-ci il ilə müqayisədə 40 faiz artaraq, 225 milyard dollar rekordunu vurub. Cari ildə bu rəqəmin 250 milyard dollara çatması gözlənilir. 
M.Arif