Xəbər lenti

Türkiyə millisi İsveçə belə qalib gəldi - VİDEO
İdman11:40 25.03.2016

Türkiyə millisi İsveçə belə qalib gəldi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa çempionatına hazırlaşan Türkiyə millisi yoxlama oyunu keçirib.

Qaynar.info xəbər verir ki, Fatih Terimin yetirmələri İsveç millisinə 2:1 hesabı ilə qalib gəliblər.

Antalyada baş tutan oyunda 3 qol vurulub. Hesabı 32-ci dəqiqədə Ozan Tufanın ötürməsindən sonra Cenk Tosun açıb. İsveçlilərin bərabərlik axtarışı 74-cü dəqiqədə nəticə verib. Emir Kuyoviçin ötürməsini dəyərləndirən, "Krasnodar"la Avroliqada "Qəbələ"yə qarşı oynamış kapitan Andreas Qrankvist bərabərliyi təmin edib.

Hücumları davam etdirən Türkiyə qələbə qolunu vura bilib. Səlçuk İnanın ötürməsindən sonra yenə "Beşiktaş"ın hücumçusu Cenk Tosun fərqlənib.

Qeyd edək ki, Türkiyə millisi martın 29-da səfərdə Avstriya, İsveç isə evdə Çexiya ilə qarşılaşacaq.

Qaynar.info