Xəbər lenti

Türkiyə Müdafiə Nazirliyi “taxıl sazişinin” uzadılmağa yaxın olduğunu açıqladı
Dünya10:49 12.05.2023

Türkiyə Müdafiə Nazirliyi “taxıl sazişinin” uzadılmağa yaxın olduğunu açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Müdafiə Nazirliyi bildirib ki, "Qara dəniz taxıl təşəbbüsü” üzrə danışıqlarda iştirak edənlər sövdələşmənin uzadılmasına dair razılaşmaya yaxınlaşırlar.
Qaynarinfo "TRT World”ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
"Qara dəniz taxıl təşəbbüsü”nün müddəti mayın 18-də başa çatır. Nazirlik onu da qeyd edib ki, İstanbulda hər dörd tərəfin nümayəndələri ilə iki günlük danışıqlar faydalı və konstruktiv keçib.
Birgə Koordinasiya Mərkəzi (JCC) öz növbəsində bildirib ki, görüşdə təkcə "taxıl sazişi”nin müddətinin uzadılması deyil, həm də Tolyattii-Odessa ammonyak boru kəmərinin açılışı müzakirə edilib. 
Qeyd edək ki, mayın 11-də Türkiyədə taxıl sazişi üzrə iki günlük danışıqlar başa çatıb. Əlavə məsləhətləşmələr onlayn rejimdə keçiriləcək.
Nizami Bağırov