Xəbər lenti

Türkiyə müxalifətinin vahid namizəd problemi (ŞƏRH)
Dünya11:04 13.01.2023

Türkiyə müxalifətinin vahid namizəd problemi (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Düşünürəm ki, Türkiyədə "altılıq masa”nın müxalifətinin namizədini elan etməməsi xüsusi taktikadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Türkiyədə prezident seçkilərinin keçirilməsinə 5 ay vaxt qalmasına baxmayaraq, müxalif "altılıq masası”nın hələ də namizədini ortaya çıxarmaması səbəbinə toxunarkən deyib. Onun fikrincə, müxalifət öz namizədini ən sonda acıqlayacaq:
"Müxalifət anlayır ki, vahid namizədin erkən açıqlanması problemlərə səbəb ola bilər. Məsələn, hakimiyyət bu adam ətrafında ciddi anti-təbliğat kampaniyası apara, yaxud da partiyalar arasında münaqişə yarada bilər. Ona görə də müxalifət öz namizədini ən sonda acıqlayacaq. Kamal Kılıçdaroğlu da dedi ki, "namizəd mövzusunu özümüz açmırıq”. Kamal Kılıçdaroğlu mümkün namizədlərdən biridir. Düzdür, CHP-dən daha iki nəfərin adı hallanır ki, onların Kılıçdaroğludan daha şanslı olduğu iddia edilir. Amma CHP sədrinin də şansı yüksəkdir. Düşünürəm ki, vahid namizəd partiyalar arasında konsensus vasitəsilə əldə olunacaq”. 
Həmsöhbətimiz Ərdoğanın namizədliyini geri çəkməsi ehtimalının aşağı olduğunu bildirir:
"Hər halda ciddi bir mənbə yoxdur. Hətta olsa belə, mümkün digər namizədin, məsələn, Fateh Ərbakanın Ərdoğanın varisi olmaq ehtimalı azdır. Çünki Fateh Ərbakan Nəcməddin Ərbakanın təbii varisi olsa da, AKP camiyəsi üçün yad adamdır. Onu qəbul etmək çətindir. Namizəd ilk növbədə Ərdoğana çox yaxın biri olmalıdır, ikincisi, AKP elitası tərəfindən qəbul olunan olmalıdır”. 
Qeyd edək ki, bu ilin iyunun 18-də Türkiyədə Prezident seçkiləri keçiriləcək. Bu fonda siyasi  camedə müəyyən canlanma hiss olunsa da, müxalifətin əsas qüvvələrinin toplaşdığı "altılıq masası” namizəd məsələsində ləngiyir. 
Rüfət Sultan