Xəbər lenti

Türkiyə niyə Rusiyaya qarşı sannksiyalara qoşulmur və qarant olmağın əleyhinədir?
Dünya13:00 21.04.2022

Türkiyə niyə Rusiyaya qarşı sannksiyalara qoşulmur və qarant olmağın əleyhinədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə NATO Nizamnaməsinin beşinci bəndindən nümunə götürərək, Ukrayna üçün qarant kimi çıxış etməyin əleyhinədir.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN Türk telekanalına müsahibəsində deyib.
"Baxın, biz Ukraynanın qarantına çevrilməyin əleyhinə deyilik. Amma Ukrayna tərəfi NATO Nizamnaməsinin beşinci bəndindən nümunə götürərək təminat tələb edir. Həm ABŞ, həm də Böyük Britaniya, o cümlədən biz buna qarşıyıq. Prosesin özünü anlamaq lazımdır ki, bu zəmanətlərin nədən ibarətdir, tələblər nələr olacaq? Bütün qarant ölkələrin əlavə risklərlə bağlı şərtləri qəbul etməsi lazımdır", - Çavuşoğlu CNN Türk-ə müsahibəsində deyib.
Bir gün əvvəl Çavuşoğlu bildirib ki, Ukrayna NATO nizamnaməsinin 5-ci maddəsi kimi təhlükəsizlik zəmanətlərini təmin etməyə çalışır və belə bir varianta qarşı fikirlər səsləndirilir. NATO Nizamnaməsinin 5-ci maddəsində digər məsələlərlə yanaşı qeyd olunur ki, "Avropa və ya Şimali Amerikada onlardan birinə (müqavilə bağlayan tərəfə – red.) və ya bir neçəsinə silahlı hücum bütövlükdə onlara qarşı hücum kimi qiymətləndiriləcək”.
Çavuşoğlu Rusiya və Ukrayna prezidentləri arasında mümkün görüş məsələsini də gündəmə gətirib və deyib ki, vaxtla bağlı danışmaq tezdir, lakin bu, "hər an” baş verə bilər.
Bu kontekstdə o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rolunu vurğulayaraq, yaxın günlərdə Putin və Zelenski ilə telefon danışığı aparacağını vurğulayıb.
Rusiya Federasiyasına qarşı sanksiyalar mövzusuna toxunan Çavuşoğlu bildirib ki, Türkiyə məhdudiyyətlərə qoşularsa, Rusiya və Ukrayna arasında dürüst vasitəçi ola bilməz. Ona görə də bizdən Rusiyaya qarşı sanksiyalar gözləmək lazım deyil, bu, yanlış olardı, deyə o vurğulayıb.
Alpər