Ukraynanın Türkiyədəki səfiri bazar günü bildirib ki, Ukrayna hakimiyyətinin tələbi ilə ölkədən oğurlanmış taxılı daşıyan Rusiya gəmisi dayandırılıb.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər
verir.
"Reuters”in əldə etdiyi sənədlərə görə, Ukrayna son günlərdə Türkiyədən Rusiya bayraqlı "Jibek Joli” gəmisini ələ keçirməyi xahiş edib.
Bazar günü "Reuters" müxbirləri "Jibek Joli" gəmisinin Karasso limanından kənarda, sahildən bir kilometr aralıda lövbər saldığını, göyərtəsində gəmi heyətindən əsər-əlamət qalmadığını bildiriblər.
Ukraynanın səfiri Vasil Bodnar ölkənin dövlət televiziyasına müsahibəsində deyib:
"Bizim bir-birimizlə tam əməkdaşlığımız var. Bu gəmi limanın girişində dayanıb və Türkiyə gömrük orqanları onu ələ keçirib”.
Bodnar bildirib ki, gəminin taleyi bazar ertəsi müfəttişlərin iclasında müəyyənləşəcək və Ukrayna taxıl yükünə əl qoyacağına ümid edir.
M.Arif