Türkiyə ordusunun İraqın şimalında keçirdiyi "Pençe-Kilit” əməliyyat zonasında 1 türk əsgəri şəhid olub, daha 3 hərbçi yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında "Pençe-Kilit” antiterror əməliyyatnaı aprelin 18-də başlayıb.
Xəyal