Xəbər lenti

Türkiyə Ordusu şəhid verdi
Dünya06:31 14.10.2022

Türkiyə Ordusu şəhid verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Jandarma Qüvvələrinin çavuşu Kürşat Sert Van əyalətinin Çatak rayonunda terrorçularla atışmada şəhid olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Haberturk” məlumat yayıb.
Jandarma Qüvvələri bölgədə antiterror əməliyyatı keçirdiyi zaman ərazidə gizlənmiş terrorçular hərbçilərə atəş açıblar.
Atışma zamanı K.Sert şəhid olub.
Hazırda bölgədə antiterror əməliyyatı davam etdirilir.