Xəbər lenti

Türkiyə ordusu Suriyada iki şəhid verdi
Dünya04:50 27.07.2022

Türkiyə ordusu Suriyada iki şəhid verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə ordusunun 2 əsgəri Suriyada həlak olub.
Bu barədə Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə "Fərat Qalxanı" antiterror əməliyyatı zonasında baş verib. PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb. Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı Türkiyə xalqına başsağlığı verib.