Xəbər lenti

Türkiyə parlamentində növbəti yumruq davası - FOTO + VIDEO
Dünya07:36 12.01.2017

Türkiyə parlamentində növbəti yumruq davası - FOTO + VIDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Böyük Millət Məclisində (parlament) müzakirəyə çıxarılan Konstitusiyaya dəyişikliklər layihəsi yumruq davasına səbəb olub.

Trend-in məlumatına görə, Konstitusiyanın 5-ci maddəsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupu rəhbəri Özgür Özel hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yanlış addım atdığını bildirib.

Ö.Özelin çıxışından sonra CHP-dən olan millət vəkilləri tribunanı dövrəyə alıblar. AKP deputatları isə müxalifləri tribunadan uzaqlaşdırmağa çalışıblar. Bu vaxt iki partiyanın üzvləri arasında yumruq davası düşüb. Deputatlar arasında xəsarət alanlar da olub.

Dava əsnasında tribuna da yerindən çıxıb. Parlament zalının bəzi yerlərinə zərər dəyib.

Ara sakitləşəndən sonra təklif səs qoyulub. CHP millət vəkilləri səsverməyə qatılmayıb. 343 deputat lehinə, 7-si isə əleyhinə səs verib.

Qaynarinfo.Az