Xəbər lenti

Türkiyə pilotsuz avtomobil hazırlayacaq
Dünya14:30 23.07.2013

Türkiyə pilotsuz avtomobil hazırlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

3 il sonra ilk pilotsuz avtomobil istismara veriləcək.

Türkiyənin İzmir şəhərinin Texnologiya İnstitutu ilk yerli pilotsuz avtomobilin hazırlanması üzrə layihəni həyata keçirməyi planlaşdırır. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

İnstitut layihənin hazırlanması ilə əlaqədar 10 milyard lirə həcmində maliyyə yardımını təmin etmək üçün Türkiyənin Nəqliyyat Nazirliyinə müraciət edib.

Məlumata görə, layihələndirmə işlərinə başladıqdan 3 il sonra ilk pilotsuz avtomobil istismara veriləcək.

İlk layihənin pilotsuz taksi olacağı bildirilir. Həmin taksini smartfonlardakı xüsusi proqramın köməyi ilə çağırmaq mümkün olacaq.

Qaynar.info