Xəbər lenti

Türkiyə polisi İspaniyada əməliyyat keçirdi, beynəlxalq narkokartel zərərsizləşdirildi
Dünya 11:16 26.06.2024

Türkiyə polisi İspaniyada əməliyyat keçirdi, beynəlxalq narkokartel zərərsizləşdirildi

Türkiyə polisinin İspaniyada keçirdiyi xüsusi əməliyyat nəticəsində beynəlxalq narkokartel zərərsizləşdirilib, cinayətkar şəbəkənin lideri tutulub.

"Report”  xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, İspaniyada Narkotiklərlə Mübarizə İdarəsinin iştirakı ilə "ARGAY” şərti ad altında əməliyyat keçirilib:

"Beynəlxalq narkotik karteli məhv edilib. Şəbəkənin rəhbəri, Emre Karaca kimi tanınan, Türkiyənin beynəlxalq axtarışa verdiyi Kərim Dağlıoğlu tutulub”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->