Türkiyə Qara dənizdə qaz hasilatı və nəqlinə 10 milyard dollara yaxın sərmayə qoyacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "Sabah” qəzeti yazıb.
"Bu gün Türkiyə qazma gəmiləri parkını genişləndirir. Axtarışlar davam edir. 2023-cü ildə 540 milyard kubmetr təbii qazın vətəndaşların istifadəsinə verilməsi üçün səylər göstərilir", - qəzet yazır.
Qeyd olunur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə Zonquldaq Sakarya təbii qaz yatağı layihəsi dövlət yardımı əhatəsinə daxil edilib.
"145 milyard lirə (təxminən 10 milyard dollar) həcmində sərmayələr Qara dənizdə 540 milyard kubmetr təbii qazın çıxarılmasına və istifadəsinə yönəldiləcək”, – qəzet yazır.
Daha əvvəl Ərdoğan bildirib ki, Türkiyə 2023-cü ildə Qara dənizdən qazı öz enerji sisteminə qoşmağı planlaşdırır.
Alpər