Xəbər lenti

Türkiyə "çözüm süreci"ni dondurdu
Dünya10:15 31.10.2014

Türkiyə "çözüm süreci"ni dondurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə hökuməti "həll prosesi"ni (çözüm süreci) dayandırıb. Qaynar.info "CNN Türk"ə istinadən xəbər verir ki, buna səbəb son günlər PKK-nın yenidən fəallaşması olub.

Bir neçə əsgərin şəhid edilməsi və HDP-nin 1 noyabrda aksiya çağrısı Türkiyəni hərəkətə keçib. AKP hökuməti buna qarşılıq olaraq Abdullah Öcalan və HDP ilə danışıqları dondurub.

Qaynar.info