Xəbər lenti

Türkiyə Rusiya hərbi gəmilərini Qara dənizə buraxmaqdan imtina etdi
Dünya11:31 07.11.2022

Türkiyə Rusiya hərbi gəmilərini Qara dənizə buraxmaqdan imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Doqquz ay gözlədikdən sonra Türkiyə yenə də Rusiya Sakit Okean Donanmasının gəmilərinin Bosfor boğazından keçib, Qara dənizə girməsinə icazə verməyib. Hərbi gəmilər Vladivostokdakı bazaya qayıtmalı olublar.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC-nin rus xidməti Qara dəniz strateji araşdırmalar institutunun monitorinq qrupunun rəhbəri Andrey Klimenkoya istinadən yazıb.
Klimenkonun sözlərinə görə, Sakit Okean Donanmasının "Varyaq” raket kreyseri və "Admiral Tributs” böyük sualtı qayıq əleyhinə gəmisi fevralın 2-dən Aralıq dənizindədir və Ukrayna ərazisinə hücum etmək üçün Qara dənizə girməyə hazırlaşırmış. Lakin Ankara buna imkan verməyib. Bazar günü, noyabrın 6-da hər iki gəmi Sinqapur boğazında görsənib və onlar həmin boğaz vasitəsilə Vladivostoka qayıdırlar.
Ukraynada müharibənin başlamasına iki həftə qalmış Türkiyə Rusiya Baltik Donanmasının 71-ci briqadasının altı desant gəmisini - "Kalininqrad”, "Minsk”, "Korolyov”, "Pyotr Morqunov”, "Georgi Pobedonosets” və "Oleneqorski qornyak”ı Qara dənizə buraxıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyan edib ki, onlar işğaldan bir qədər əvvəl - fevralın 13-dən 19-dək planlaşdırılan təlimləri keçirmək üçün gəliblər.
Nizami Bağırov